Dünya şöhrətli yazıçı Joanne Rovlingin “Harry Potter” seriyasından növbəti səkkizinci kitabı olan “Harry Potter və lənətlənmiş uşaq” (Harry Potter and the Cursed Child) satışa çıxarılıb.
BBC-yə istinadla verilən xəbərə görə, Britaniyanın məşhur “Waterstones” kitab şəbəkəsi 140-dək kitab mağazasında yeni nəşrə həsr olunmuş gecə keçirib. Dünyanın müxtəlif ölkələrindəki kitab mağazaları “Harry Potter” seriyasından olan yeni kitabın satışı üçün gecə rejimində işləyib.
“Waterstones” mağazasının rəsmisi BBC-yə açıqlamasında deyib: “Bu kitabla bağlı öncədən aldığımız sifarişlər altı rəqəmli ədəddir. "Harry Potter" seriyasından çıxmış sonuncu kitabdan sonra biz belə satış rekordları müşahidə etməmişdik. Ümid edirik bu, bizim ən çox satılan kitabımız olacaq”.
azertag.az