TQDK rezidenturaya qəbul imtahanının nəticələri haqqında statistikanı açıqlayıb
3.8.2016

TQDK 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul imtahanının nəticələri (I və II mərhələ) haqqında statistik məlumatları açıqlayıb.

TQDK-dan verilən məlumata görə, ümumilikdə 368 nəfər müsabiqəyə buraxılıb.

İstiqamətlər üzrə minimal və maksimal ballar və müsabiqə şərtlərini ödəyən rezidentlərin sayı aşağıdakı kimidir:

İstiqamət I - Müalicə işi, pediatriya üçün minimal bal 90, maksimal bal 159 (namizədlərin sayı 321);

İstiqamət II - Stomatologiya üçün minimal bal 93, maksimal bal 146 (namizədlərin sayı 32);

İstiqamət III - Tibbi biologiya üzrə minimal bal 104, maksimal bal 136 (namizədlərin sayı 2);

İstiqamət IV - Tibbi profilaktika üzrə minimal bal 105, maksimal bal 136 (namizədlərin sayı 13).

report.az