“Zamanın səyahəti” filminin treyleri təqdim olunub
3.8.2016

Dünya şöhrətli amerikalı kinorejissor Terrens Malikin ekranlaşdırdığı “Zamanın səyahəti” filminin treyleri ictimaiyyətə təqdim olunub.

Xarici KİV-lərə istinadla verilən xəbərə görə, ekran əsəri kainatın tarixindən bəhs edən sənədli film janrında çəkilib. Filmdə ilkin yaradılışdan tutmuş texnoloji ixtiraların mövcud olmasına qədərki dövr haqqında danışılır.

Filmdə dünya şöhrətli aktyorlar Bred Pitt və Keyt Blanşett çəkilib.

Filmin premyerasının oktyabrın 7-nə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, sözü gedən ekran əsəri rejissorun otuz illik əməyinin bəhrəsidir.

azertag.az