Zaqatalada taxıl istehsalı ötən illə müqayisədə 3,8 min ton artıb
3.8.2016

Zaqatala rayonunun taxılçıları üçün builki mövsüm çox uğurlu olub. Belə ki, fermerlər 12 min 221 hektar taxıl sahəsindən 37 min 965 ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3,8 min ton artıb. Hər hektardan orta məhsuldarlıq 31,1 sentner təşkil edib. Məhsuldarlıq ötən illə müqayisədə 3 sentner artıb.

Bu barədə rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, tədarük olunan taxılın 26 min 933 tonu buğda, 11 min 32 tonu isə arpadır.

Artıq təsərrüfatlarda payızlıq dənlilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb.

azertag.az