“Sağlam Düşüncə” Gənclər Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Azərbaycan təbiəti məktəblilərin kəşfində” layihəsi başa çatıb.
“Sağlam Düşüncə” Gənclər Təşkilatından bildiriblər ki, layihə çərçivəsində hər birində 50 şagird olmaqla yeddi qrup üçün Göygöl, Hirkan, Şahdağ, Şirvan, Altıağac milli parklarına ekskursiyalar təşkil edilib. Ekskursiyalarda iştirak edənlər arasında Sumqayıt şəhərindən 350 məktəbli də olub. Layihənin eksperti Elşən Nur məktəblilər üçün milli parkların flora və faunası haqqında informasiya sessiyaları, onların ətraf mühitlə praktiki şəraitdə tanış olmaları üçün qrup işləri təşkil edib.
azertag.az