Azərbaycanlı rejissorun filmi beynəlxalq kinofestivalda uğur qazanıb
19.7.2012

Gənc rejissor Fariz Əhmədovun “Mayak” filmi Yaroslavlda keçirilən “Dünyaya işıq” II Beynəlxalq gənclər kinofestivalının qalibi olub.

Festivala 11 ölkədən 211 film təqdim edilib. 10 nominasiya üzrə keçirilən müsabiqədə F.Əhmədovun “Mayak” filmi kinofestivalın “Bədii film” nominasiyasında ikinci yeri qazanıb.

“Uşaq filmləri” nominasiyasında isə B kateqoriyasının (19-30 yaş) qalibi olub.

Qeyd edək ki, “Bu meydan, bu ekran - 2011” kino müsabiqəsinin nəticələrinə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ekranlaşdırılan “Mayak” filminin ssenari müəllifi Esmira Eyyub, bəstəkarı Rauf Əliyevdir.


Gün.Az