Rusiya Şahmat Federasiyası (RŞF) yeni təkliflə çıxış edib. Qurum dünya çempionuna istənilən oyunçudan çağırışı qəbul etmək imkanının verilməsini istəyib.
Bundan ötrü həmin oyunçu mükafat fondu və matçın keçirilməsi üçün vəsait ayıra bilər. Mükafat fondundakı məbləğin yarısı Beynəlxalq Şahmat Federasiyasının (FİDE) hesabına köçürülməlidir.
FİDE-nin Yunanıstan paytaxtı Afinadakı ofisinə göndərilən təklif 4 - 14 sentyabrda Bakıda keçiriləcək ali şahmat qurumunun Konqresində müzakirə olunacaq. Hərçənd, təklif Şahmat Peşəkarları Assosiasiyasi tərəfindən dərhal etirazla qarşılanıb.
Qeyd edək ki, artıq əlbəyaxa döyüş növlərində belə üsuldan istifadə olunur. Xüsusən, peşəkar boksçuların kəmər uğrunda döyüş keçirmə hallarına rast gəlinir.
report.az