Lui De Qarido adlı memar “Qara bəbir” ləqəbi ilə tanınan model Naomi Kempbel üçün Türkiyə adalarının birində şüşədən göz şəkilli möhtəşəm ev inşa edib. Qeyd edək ki, ev məşhur milyarder Vladislav Doroninin sifarişi ilə tikilib və modelə məhz onun tərəfindən hədiyyə edilib. Yüksəklikdən baxdıqda ev Misirin rəmzi olan Qor Allahının gözünü xatırladır.