İran Milli Bankının (Bank Melli İran) Bakı filialına yeni baş mühasib təyin edilib. Bu barədə bankdan bildirilib.
Məlumata görə, filialın yeni baş mühasibi Vüqar Mirheydərovdur. O, vaxtilə "Günaybank" ASC-nin İdarə Heyətinin sədr müavini olub. V.Mirheydərov yeni vəzifəsində Elxan Rəhimlini əvəz edib.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 51 433 671 manatdır.
report.az