​İran Milli Bankının Bakı filialında yeni təyinat olub
4.8.2016

 İran Milli Bankının (Bank Melli İran) Bakı filialına yeni baş mühasib təyin edilib. Bu barədə bankdan bildirilib.

Məlumata görə, filialın yeni baş mühasibi Vüqar Mirheydərovdur. O, vaxtilə "Günaybank" ASC-nin İdarə Heyətinin sədr müavini olub. V.Mirheydərov yeni vəzifəsində Elxan Rəhimlini əvəz edib.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 51 433 671 manatdır.

report.az