Bakıda “O mənimdir” adlı tamaşanın premyerası olub
5.8.2016

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində “O mənimdir” adlı tamaşanın premyerası olub. Səhnə əsəri yeni yaradılan müstəqil “M.Teatr”a (“Mənim teatrım”) məxsusdur.

“M.Teatr”ın “facebook”dakı səhifəsinə istinadla bildirilir ki, “Yuğ” Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin fransız yazıçısı Antuan De-Sent Ekzuperinin “Balaca Şahzadə” əsəri əsasında səhnələşdirdiyi tamaşada rolları aktyorlar Ziya Ağa, Günay Əhməd, Nigar İsayeva, Elgün Həmidov, Oktay Mehdiyev, Amid Qasımov və Vüqar Hacıyev ifa ediblər.

Tamaşanın bədii rəhbəri Əməkdar Artist Vidadi Həsənovdur.

azertag.az