Azərbaycanda naməlum obyekt göründü
19.7.2012

Ötən gecə Şamaxı rayonunda naməlum uçan obyekt görünüb. Bu barədə məlumatı rayon sakinləri veriblər. Bildirilib ki, ətrafa işıq saçan obyekt iyunun 7-də ölkənin əksər hissəsində müşahidə edilən UNO-lara bənzəyib. Qısa bir müddətdən sonra obyekt gözdən itib.

Yaxın vaxtlarda Şamaxı Astrofizika Rəsədxanasından rayonda müşahidə edilən obyekt barədə açıqlama veriləcəyi gözlənilir.

Milli.Az