Qaradağ rayonunun Sahil qəsəbəsində yeni park salınır. Bu barədə Qaradağ rayon icra hakimiyyətindən məlumat verilib.
Yeni parkın ümumi sahəsi 6 hektar olacaq. Bu parkda sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaq. Müxtəlif dekorativ güllər əkiləcək, oturacaqlar və müasir işıqlandırma sistemi quraşdırılacaq.
Milli.Az