Neftçala rayonunun fərdi fermer təsərrüfatlarında taxıl biçini qısa müddətdə başa çatıb.
Bu il Neftçalada 46 min 413 hektar sahədə taxıl əkilib. Bunun da 40 min 599 hektarı arpa, 5 min 814 hektarı isə buğdadır. Dövlətin taxılçılara göstərdiyi dəstəkdən yararlanan fermerlər qısa müddətdə biçin kampaniyasını uğurla başa çatdırıblar. Əkinçilər 40 min 599 hektar arpa sahəsindən 88 min 502 ton məhsul götürüblər. Buğda yığımında isə daha yüksək nəticə əldə olunub. Səpin keçirilmiş 5 min 814 hektar buğda sahəsindən 16 min 404 ton məhsul yığılıb. Buğda sahəsinin hər hektarının məhsuldarlığı 28,2 sentner olub. Ümumilikdə, bu il neftçalalı fermerlər taxıl sahələrindən 104 min 906 ton məhsul əldə ediblər.
azertag.az