“Keloğlan masalları” ilk dəfə olaraq Bakıda
5.8.2016

Oktyabrın 15-də Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında Bakıda ilk dəfə “Keloğlan masalları” adlı müzikl tamaşa təqdim olunacaq.

“Keloğlan masalları”nın “facebook”dakı səhifəsinə istinadla bildirilir ki, interaktiv müzikl janrında olan səhnə əsərində mahnılar, rəqslər, qəhrəmanlar, həyəcan verici mövzular yer alıb.

Yalnız bir gün və iki seans olacaq müzikl tamaşa uşaqlarla yanaşı, böyüklərə də möhtəşəm əyləncə vəd edir. Tamaşanı izləmək istəyənlər biletləri şəhərin kassalarından və “ASAN” xidmət mərkəzlərindən əldə edə bilər.

azertag.az