Azərbaycanın Milli Musiqi Günü Ukraynada qeyd ediləcək
5.8.2016

Xarkov vilayəti Ukrayna-Azərbaycan “Dostluq” Cəmiyyətinin tədbirlər planına əsasən sentyabrın 18-də Azərbaycanın Milli Musiqi Gününə həsr edilən tədbir keçiriləcək.

Bu barədə məlumat cəmiyyətin rəsmi saytında yer alıb.

18 sentyabr - Milli Musiqi Günü hər il ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Bu musiqi bayramı tariximizə görkəmli bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, ensiklopedik biliyə malik musiqişünas alim Üzeyir Hacıbəylinin doğum günü kimi həkk olunub.

azertag.az