Azərbaycanda ali məktəblərə I ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır
19.7.2012

Xüsusi Dövlət Mühafizə Xidməti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) və Daxili İşlər Nazirliyinin (DİN) işçi qrupları ilə birgə sabah ali məktəblərə I ixtisas qrupu üzrə imtahan keçiriləcək binalara baxış keçirir.

Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binalarının təhlükəsizliyi yoxlanılır və mühafizəyə götürülür.

I ixtisas qrupunun imtahanları respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçiriləcək.

Bakıda 21080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368, Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

APA