Azərbaycanda əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi 18% artıb
19.7.2012

Bu ilin birinci yarısında Azərbaycanda informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 643,5 mln. manat dəyərində rabitə xidməti göstərilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,9% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xidmətlərin 72,3%-i bilavasitə əhaliyə xidmətlə bağlı olub, əldə edilmiş gəlirin 74,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

APA