Azərbaycan, İran və Rusiya qarşılıqlı maraq doğuran sahələr üzrə işçi qruplar yaratmaq qərarına gəlib. Bu barədə bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıdakı görüşündən sonra qəbul edilməsi gözlənilən bəyannamə layihəsində deyilir.
"Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə zəruri işçi qruplar yaratmaq qərarına gəlib", - deyə bəyannamə layihəsinin mətnində yazılıb.
Bununla yanaşı, ölkələr biznes, mədəniyyət və turizm sahəsində üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Tehran, Moskva və Bakı həmçinin üç ölkənin vətəndaşları üçün gələcəkdə viza rejiminin asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
report.az