Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “İstedadlarımızı tanıyaq” layihəsinə start verilib.
Fonddan bildiriblər ki, layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, yaxud müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər arasında istedadların üzə çıxarılmasıdır. Layihə çərçivəsində qeyd edilən qruplar arasında istedadlar seçiləcək, təlim və kurslar təşkil ediləcək. Təlimlər və kurslarda hazırlanan əl işlərindən ibarət sərgi keçiriləcək.
Layihədən Bakıda həmin qruplardan olan 14-17 yaşlı yeniyetmə və gənclər faydalanacaqlar.
Təlimlərdə və daha sonra layihənin digər fəaliyyətlərində iştirak etmək üçün 20 nəfər seçiləcək.
Layihə oktyabr ayında yekunlaşacaq.
azertag.az