Sabirabadda kartof sahələrindən 16 min 456 ton məhsul yığılıb
8.8.2016

Cari ilin yazında Sabirabad fermerləri 3 min 296 hektar sahədə tərəvəz əkiblər. Bu il təsərrüfat işləri üçün əlverişli keçdiyindən sahələrdə bol məhsul yetişib.

İndiyədək 2 min 555 hektar sahədən 34 min 837 ton məhsul yığılıb. Torpaq mülkiyyətçiləri ən yüksək nəticəni kartof sahələrindən əldə ediblər. Onlar əkdikləri 1327 hektar sahədən 16 min 456 ton məhsul götürərək, hər hektarın məhsuldarlığını 124 sentnerə çatdırıblar.

Hazırda tərəvəz sahələrindən məhsul yığımı uğurla davam edir.

azertag.az