Fransanın Pyer de Treqomayn kvarteti Bakıda konsert verəcək
9.8.2016

Fransanın dünyaca məşhur Pyer de Treqomayn kvarteti Bakıda konsert proqramı ilə çıxış edəcək.

Oktyabrın 23-də “Landmark Rotunda”da keçiriləcək konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutacaq.

Konsertdə kvartet dünya caz musiqisindən müxtəlif nömrəli əsərlər təqdim edəcək.

Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

azertag.az