“Gənc Mütəxəssislərin Formalaşdırılması” layihəsinin ilk təlimi
9.8.2016

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sevinc Cahangirlinin layihə rəhbəri olduğu “GMF-Gənc Mütəxəssislərin Formalaşdırılması” layihəsinin ilk təlimi keçirilib.

İlk gündə “Sosial medianın idarə olunması” barədə məlumat verilib.

Təlimçi Orxan Rzayev iştirakçılara sosial medianın önəmi, sosial media alətləri, onlardan effektiv istifadə yollarını izah edib.

İştirakçılar həm maraqlı, həm də faydalı məlumatlarla tanış olublar.

Qeyd edək ki, bu gün də növbəti dəfə “Sosial medianın idarə olunması” təlimi davam etdiriləcək. Avqustun 11-də isə iştirakçılar digər aktual mövzu olan “Qrafik dizayn” barədə məlumat əldə edə biləcəklər.

azertag.az