"Azercell" beynəlxalq zənglərə endirimi ləğv edir
9.8.2016

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti avqustun 17-dən etibarən “Əzizlərim” kampaniyası çərçivəsində beynəlxalq zəngin 1 dəqiqəsinə görə 0,24 manatla (ƏDV daxil) hesablanması ilə bağlı tətbiq olunan endirimi ləğv edəcək.

Bu barədə “Azercell”in abunəçilər üçün yaydığı müraciətdə bildirilib.
Bundan sonra, sözügedən kampaniyanın iştirakçılarına beynəlxalq zənglərə görə nömrələrində mövcud olan tarif paketlərinə uyğun olaraq tariflər tətbiq ediləcək.

report.az