2017-ci ilin iyun ayında Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.
Bu barədə məlumat ölkəmizin üzv olduğu Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) saytında yer alıb. Festivalda iştirak üçün 2017-ci il martın 31-dək müraciət etmək mümkündür.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.
azertag.az