“PAŞA Sığorta”dan “Sağlamlıq üçün addımla!” adlı sosial müsabiqə
9.8.2016

"PAŞA Sığorta" şirkəti "Sağlamlıq üçün addımla!" adlı yeni sosial xarakterli müsabiqəyə başlayır.

Şirkətdən bildiriblər ki, müsabiqənin keçirilməsində əsas məqsəd insanların fəal və sağlam həyat tərzinə cəlb olunmasıdır. Müsabiqə sentyabrın 4-dək davam edəcək və şirkətin rəsmi “facebook” səhifəsində keçiriləcək.

Müsabiqə müddətində hər bir iştirakçı nəticəsini istənilən qədər paylaşa bilər. Dörd həftə davam edəcək müsabiqədə hər həftə ən yüksək nəticə göstərmiş 3 şəxs müsabiqənin qalibi elan olunacaq və "PAŞA Sığorta" şirkəti tərəfindən "Amburan" istirahət mərkəzinə 2 nəfərlik hədiyyə kuponu əldə edəcək. Ən yüksək nəticə göstərmiş 3 şəxs elan olunduqdan sonra qaliblər şirkətin baş ofisindən hədiyyə kuponlarını əldə edə bilərlər.

azertag.az