“M Group Production” təşkilatının dəstəyi ilə “Bayram axşamı” adlı yeni filmin çəkilişinə başlanılıb.
Bir neçə hissəsi ekranlaşdırılan filmin hazırda çəkilişləri davam edir. Çəkilişləri paytaxt və bölgələrdə aparılan ekran əsəri komediya janrındadır.
Qeyd edək ki, birinci hissəsinin çəkilişləri yekunlaşan filmdə rollara rəqqasə Oksana Rəsulova, repçi Fərid Eminov, aktyor İslam Mehrəliyev, teleaparıcı Xose Bernardo və başqaları çəkilir.
azertag.az