Oxucuların əl işləri sərgilənib
9.8.2016

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında istedadlı məktəblilərin əl işlərindən ibarət “Oxucuların əl işləri” adlı rəsm sərgisi açılıb.

Ekspozisiya Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Sərginin təşkil olunması istedadlı uşaqların yaradıcılığına dəstək vermək, onların bacarığının inkişaf etdirilməsi məqsədi daşıyır.

Müxtəlif mövzulu 100-dək sənət əsərinin nümayiş olunduğu sərgi maraqla qarşılanıb.

azertag.az