İsrailli gənc ifaçılar Bakıda konsert verəcək
10.8.2016

Azərbaycan Milli İncəsənət Muzeyi və “Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə israilli gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvarç sentyabrın 5-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Milli İncəsənət Muzeyindən bildirilib ki, muzeyin 80 illik yubileyi çərçivəsində keçiriləcək konsertdə dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.

Qeyd edək ki, hazırda İsraildə yaşayan Miriyam və Yadid Almaniya, Fransa, İtaliya və ABŞ-da bir çox master-klass, konsertlərdə solist və orkestrant kimi çıxış ediblər.

azertag.az