Milli Mətbuat Günü ərəfəsində “Park Bulvar” AVM-in təşkilatçılığı ilə jurnalistlər arasında boulinq yarışı keçirilib. Tədbirdə çıxış edən “Park Bulvar”ın PR meneceri Günay Nəzərova mətbuat nümayəndələrini təbrik edib: “Biz hər ilin bu günü jurnalistləri sevindirməyə çalışırıq. Ümid edirik ki, bununla sizlərə azca da olsa istirahət ab-havası yaşada bilirik”.
Mübarizədə “Xəzər TV”nin əməkdaşı Vamiq Nəsirov birinci, “Lider TV”nin aparıcısı Mehman Mehdiyev ikinci olub. Qaliblərə “Park Bulvar” AVM-də fəaliyyət göstərən “Debenhams” mağazasından hədiyyələr verilib. BMV mağazasının hədiyyələri isə 3-cü yeri tutan və qızlar arasında ən çox xal toplayan Nigar Məmmədliyə təqdim olunub.
Daha sonra “Park Cinema” jurnalistlər üçün "Qırmızı İşıqlar" filminin premyerasını keçirib.
APA