Prokurorluq orqanlarına işə qəbulla əlaqədar yazılı imtahan keçirilir
10.8.2016

Avqustun 10-da Baş Prokurorluğun Müsabiqə Komissiyası vahid auditoriyada - Bakı İdman Sarayında prokurorluq orqanlarına işə qəbulla bağlı yazılı imtahan keçirir. İmtahanda 196 nəfər iştirak edir.

Saat 10:00-da başlayan yazılı imtahan dörd saat davam edəcək.

Tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə imtahanı müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, beynəlxalq təşkilatların və QHT-lərin, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri də müşahidə edirlər.

Yazılı imtahan işləri yoxlanıldıqdan sonra yekun nəticələr kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaq. Eyni zamanda, bu barədə məlumatlar Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdiriləcək.

azertag.az