Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün bir neçə yeni təklif hazırlanıb. Bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
İ.Vəliyev qeyd edib ki, nağdsız ödənişlərə tətbiq edilən vergi dərəcəsi də azaldıla bilər: "Təkliflərdən biri budur ki, 1 000 manatdan yuxarı bütün ödənişlər nağdsız olmalıdır. Digər təklif isə bu ödənişlərə vergi güzəştləri ilə bağlıdır".
Nazir müavini deyib, nümunəvi vergi ödəyiciləri ilə bağlı da müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
report.az