İspaniyanın dünyaca məşhur “Antonio Lizana” caz qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oktyabrın 23-də “Landmark Rotunda”da keçiriləcək konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində baş tutacaq. Konsertdə kvartet dünya caz musiqisindən müxtəlif nömrəli əsərlər təqdim edəcək.
Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.
azertag.az