Həsən bəy Zərdabinin ev-muzeyində əsaslı təmir üçün 300 min manat vəsait ayrılıb
20.7.2012

Prezident İlham Əliyev Həsən bəy Zərdabinin ev-muzeyində əsaslı təmir işlərinin aparılması haqqında Sərəncam imzalayıb.

Mədəniyyət və Turizm Nazirliyindən Gün.Az-a bildiriblər ki, Sərəncama əsasən, Zərdab rayonunda yerləşən Həsən bəy Zərdabi muzeyində əsaslı təmir işlərinin aparılması, zəruri avadanlıqlarla təchiz olunması və eksponatlarla zənginləşdirilməsi üçün prezidentin ehtiyat fondundan Nazirliyə 300 min manat vəsait ayrılıb.

Sənəddə həmçinin Prezidentin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncam imzaladığı da nəzərə çatdırılır.

Gün.Az