Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından bildirilmişdir ki, üçüncü yarış günü qızlar mübarizəyə başlamışlar.
Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparmış idmançımız Raqnetta Qurbanzadə Ukrayna, İsveç və Rusiya güləşçilərini məğlub edərək finala çıxmış və həlledici görüşdə bolqarıstanlı rəqibinə uduzaraq qitə çempionatının gümüş medalını qazanmışdır.
İyulun 20-də yeniyetmə qızlar arasında qalan 5 çəkidə qaliblər müəyyənləşəcəkdir.
AzərTA