Türkiyənin populyar aktrisa və aparıcısı Pınar Altuğ əri Yağmur Atacan ilə birlikdə Bodrumdadır.
Pınar yeni aldığı yaxtada "Bodrum Voyage" otelinin sahillərində istirahət edir.
Bodrumun Gölköy səmtindəki evini və köhnə yaxtasını satan Altuğ 1 milyon avro verərək yeni yaxtasını satın alıb.
"Atlantis 50x4" modeli olan yaxtaya "H2O" adı verilib. 16 metr uzunluqdakı yaxtanın kapitanı da təbii ki, Pınarın özüdür.
Milli.az