Gələn ay Azərbaycana sualtı seymik stansiyalar gətiriləcək
23.7.2012

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın “Kinemetrics“ şirkəti stansiyaların texniki şərtlərini Azərbaycana göndərib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktou Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, avqustun sonlarına qədər sualtı seymik stansiyalar ölkəyə gətiriləcək. O vaxta qədər Azərbaycan tərəfi sualtı seysmik stansiyaların quraşdırılması üçün tələb olunan bütün prosedurları həll edəcək. Stansiyalar sentyabr ayında “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırlacaq.

APA