Kukla Teatrının “YouTube” kanalı rəsmiləşib
12.8.2016

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilkə imza atıb. Belə ki, teatrın “YouTube” kanalı rəsmiləşib.

Burada Kukla Teatrının repertuarında olan bir sıra tamaşaların videosu yerləşdirilib. Yeni mövsümdə də repertuarda olan bütün tamaşaların video çəkilişləri aparılacaq və mütəmadi olaraq kanala qoyulacaq.

Tamaşaları bu linkə daxil olmaqla izləmək mümkündür:

https://www.youtube.com/channel/UCYMfIxCWRhrSHbj2kozRd6g

azertag.az