Avqustun 21-də Bakıda yapon.az saytının təşkilatçılığı ilə Yaponiyanın mədəniyyət günü keçiriləcək.
“Made in Japan” adlı tədbir çərçivəsində yapon rəqsi, musiqiləri, səhnəciklər, yapon döyüş sənəti, oyunlar, yarışlar, oriqami, suşi və digər maraqlı əyləncəli oyunlar nümayiş ediləcək.
“Made in Japan”ın “facebook” səhifəsinə istinadla bildirilir ki, tədbirin təşkil olunmasında məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və onlara yapon mədəniyyəti haqqında daha çox məlumat verməkdən ibarətdir.
Qeyd edək ki, tədbirə giriş ödənişsizdir.
azertag.az