İsveçin məşhur “Plunge” triosu Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq caz konserti Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq. Konsertdə trio dünya caz musiqisindən müxtəlif mövzulu əsərlər təqdim edəcək.
Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.
azertag.az