​“Unibank”ın “İsti yay” kampaniyası hədiyyə qazandırır
12.8.2016

“Unibank” ASC müştərilərini İsti yay krediti” kampaniyasından faydalanmağa çağırır. Bankın mətbuat xidmətinə istinadən verilən xəbərə görə, kampaniyadan yararlananlar həm sərfəli kredit götürmək, həm də hədiyyə qazanmaq imkanı əldə edəcəklər.

Məlumatda deyilir ki, indi “Unibank”dan kredit götürən hər kəsə “Albalı Plus” debet kartı hədiyyə edilir. Bankın “İsti yay krediti kampaniyası” çərçivəsində rəsmi iş yeri olan hər kəs, bank filiallarına 5 min manatadək kredit üçün müraciət edə bilər.

Kreditlər 2 ilədək müddətə verilir. Aksiya avqustun 18-dək davam edəcək.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

report.az