Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikintisinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 4,5 milyon manat ayrılıb.
APA