“Rio-2016”: Azərbaycan boksçusu Lorenzo Sotomayor dörddədəbir final mərhələsinə vəsiqə qazanıb
15.8.2016

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Oyunların növbəti günündə Avropa Oyunlarının qalibi, Azərbaycan boksçusu Lorenzo Sotomayor (64) “Rio-2016”da ikinci görüşünə çıxıb.

Boksçumuz 1/8 final mərhələsində fransalı idmançı Hassan Amzil ilə qarşılaşıb. Fransalı rəqibini məğlub edən Lorenzo Sotomayor dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

azertag.az