Macarıstanda türk xalqlarının IV qurultayı sona yaxınlaşır
15.8.2016

Macarıstanda türk xalqlarının IV qurultayı bu gün başa çatacaq.

Bu barədə Macarıstan KİV-inə istinadən xəbər verilir.

"Macarıstan - Turan" Fondu tərəfindən təşkil edilən qurultay avqustun 10-da Macarıstan parlamentində öz işinə başlayıb.

Türk xalqlarının nümayəndələri qurultaya öz ölkələrinin milli geyimlərində qatılıblar.

Dördüncü dəfə Budapeştdə keçirilən qurultayda türk dünyasının müxtəlif ölkələrindən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, eləcə də Rusiyadan (Başqırdıstan, Buryatiya, Dağıstan) nümayəndələr iştirak ediblər.

Qeyd edək ki, belə qurultaylar Macarıstanda iki ildən bir keçirilir. Qurultayın keçirilməsinin məqsədi əcdadların ənənəvi irsinin təbliğidir.

Qurultayda 150 min nəfər iştirak edib.

report.az