​Azərbaycanda ödənişli ali təhsil 8% bahalaşıb
15.8.2016

Azərbaycanda ödənişli ali təhsil haqqı bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artıb. 

Dövlət Statistika Komitəsinin əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indesklərinə istinadən verilən xəbərə görə, ötən ilin müvafiq dövründə isə illik artım 3% təşkil edib.

Qeyd edək ki, cari ilin iyul ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri iyun ayına nisbətən 1,0 %, yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4,7% bahalaşıb.

report.az