TQDK Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərə xəbərdarlıq edib
15.8.2016

Bakı İslam Universitetinin (BİU) ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər.

Universitetə qəbul olmaq istəyənlər avqustun 15-17-də saat 09.00-dan 13.00-dək Dini-Psixoloji Komissiyaya müraciət edə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və TQDK tərəfindən Bakı İslam Universitetində təşkil edilən dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar.

report.az