Avrasiya Akademiyasının kitab-albomu çapdan çıxıb
16.8.2016

Avrasiya Akademiyasının nəfis tərtibatla hazırlanmış “Həqiqət və gözəllik eşqi” kitab-albomu çapdan çıxıb.

118 səhifədən ibarət kitab-albomda “Tarixdə akademiyalar”, “Avrasıya Akademiyası”, “Həqiqət və gözəllik eşqi” və s. mövzular yer alıb. Bundan əlavə, kitab-albomda Avrasiya Akademiyasının mükafat və rəmzləri barədə məlumat verilib.

Nəşrin tərtibatçısı Avrasiya Akademiyasının qurucu üzvü, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlıdır. Kitab-albom Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən müvafiq qurumlara göndərilib.

azertag.az