“ADA” Universitetinin tələbəsi adını qazanmaq istəyənlər şanslarını bir daha sınaya bilərlər.
Universitetdən bildiriblər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının avqustun 15-dən başlayan ixtisas seçiminin ikinci mərhələsi zamanı abituriyentlər “ADA” Universitetində I qrup üzrə qalan bakalavr ixtisaslarına (kompyuter elmləri, informasiya texnologiyaları, sistem mühəndisliyi) tələbə qəbulu müsabiqəsində iştirak edə bilərlər.
azertag.az