Yanvar-iyun aylarında könüllü qanvermə aksiyalarında 31 mindən çox donor iştirak edib
16.8.2016

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ümumilikdə paytaxt və regionlarda keçirilən aksiyalarda 31 min 148 donor iştirak edib. Könüllü qanvermə aksiyalarında 14 min 608 litr qan tədarük olunub.

Toplanan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.

azertag.az