Cennifer Lopez, Rihanna və Şakiranın Bakı konsertlərinə bilet satışının detalları açıqlanıb
23.7.2012

İyunun 25-dən www.omnikomo.com saytında Cennifer Lopez, Rihanna və Şakiranın “Baku Crystall Hall”da keçiriləcək konsertlərinə biletlərin satışı başlanılıb. Konsertlərin təşkilatçısı olan “Omnikomo Music Group” şirkətinin PR xidməti dəqiqləşdirib ki, internet vasitəsi ilə əldə edilən hər bilet artıq bilet sayılır və onu vauçer kimi hansısa biletə dəyişməyə ehtiyac yoxdur. PR xidmətindən verilən məlumata görə, elektron ünvana gələn məktubda bilet üzərində konsert zalına girişi təmin edəcək barkod göstərilib. Hər bilet bir konsert üçün etibarlıdır.

Qeyd edək ki, iyulun 12-dən başlayaraq Bakı kassalarında biletlərin pərakəndə satışına başlanılıb.

Xatırladaq ki, Cennifer Lopez sentyabrın 23-də, Rihanna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də “Crystall Hall” konsert zalında çıxış edəcəklər.

Dünya şöhrətli ulduzların şouları yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.

APA